Türkiyədə geniş miqyaslı əməliyyat keçirilir - 300 nəfər saxlanılıb

Türkiyədə geniş miqyaslı əməliyyat keçirilir - 300 nəfər saxlanılıb
15:36 14 İyun 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin qərbində İzmir vilayətində narkotika alverçilərinə qarşı geniş miqyaslı əməliyyat həyata keçirilir. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində narkotika satmaqda şübhəli bilinən təxminən 300 nəfərə yaxın şəxs saxlanılıb.

Həmçinin bu əməliyyatlarda təxminən minə yaxın polis əməkdaşının iştirak etdiyi bildilib. Məlumata görə, əməliyyatın başqa vilayətlərdə də davam etdirilməsi gözlənilir.

Qeyd edək ki, Türkiyədə daha çox yayılan və istifadə olunan narkotik vasitə "banzay"dır. "Banzay" ilk dəfə Türkiyədə 2010-cu ildə aşkar edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2766586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR