“Gənc istedadlar”dan 600 addımlıq uğur - FOTOLAR

“Gənc istedadlar”dan 600 addımlıq uğur - FOTOLAR
15:43 14 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin sonuncu zəngi çalınıb.

Bu haqda BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a məlumat verilib.

Tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıq elan edərək, məzunları və onların valideynlərini təbrik edərək gələcək həyatlarında uğurlar arzulayıb. O, məzunların ölkəmizin inkişafı və çiçəklənməsi yolunda görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə əminliyini ifadə edib.

Liseyin direktoru, professor Qasım Hüseynov bu il liseyi bitirən 46 məzunun əksərinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ilk mərhələsindən 600-dən çox bal topladıqlarını diqqətə çatdırıb.

Tədbirdə liseyin respublika, eləcə də, şəhər olimpiadalarında yer tutmuş şagirdləri diplomla təltif edilib.

Tədbir təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramovanın rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya ilə davam etdirilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/202569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR