Müasir Sinqapurun qurucusunun oğlu ölkəni tərk etməyə hazırlaşır

Müasir Sinqapurun qurucusunun oğlu ölkəni tərk etməyə hazırlaşır
16:07 14 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Müasir Sinqapur dövlətinin qurucusu Li Kuan Yunun kiçik oğlu Li Syan Yan ailəsi ilə birlikdə ölkəni tərk etməyə hazırlaşır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda onun xanımı yerli qəzetlərdən birinə açıqlamasında bildirib.
O, yerli jurnalistlərə ölkənin tərk etməyə hazırlaşdıqlarını söyləyib.
Məlumata görə, Li Syan Yanın həyat yoldaşı hara və nə vaxt getmək niyyətində olduqlarını deməyib. Li Syan Yan Sinqapur Mülki Aviasiya İdaərinsə başçılıq edir. “Facebbok”da böyük bacısı ilə paylaşdığı ortaq məktub aşkar edilib. Həmin məktub da onların ölkəni tərk etmələrinin səsbəbi yazılıb. Bacısı yazıb: “Li Syan Yan diqqətlə izlənildiyini hiss edir. O, həyat yoldaşı və özünə qarşı dövlət orqanlarının fəaliyyətindən ehtiyat edir”. Buna görə də yaxın gələcəkdə ölkəni tərk edəcəyini yazıb.
Bacı-qardaş böyük qardaşları, Sinqapurun baş naziri Li Syan Luna münasibtədə etibar etmədiklərini bildiriblər: “2015-ci ilin martın 23-də baş nazir Li Kuan Yu öləndən sonra ölkədə baş verən dəyişikliklər, mərhum atamızın istəklərini özündə əks etdirmir”.
Hökumət başçısı bacı və qardaşının ittihamlarından təəssüfləndiyini vurğulayıb: “Onların uğursuz ittihamlarından dərin kədər hissi keçirdim”.
Qeyd edək ki, Li Kuan Yu 1959-1990-cı illərdə Sinqapurun baş naziri olub. Sonrakı illərdə hökumətdə mçüxtəlif yüksək vəzifələrdə işləyib.
Li Syan Lun isə 2004-cü il avqustun 12-dən hökumətə başçılıq edir. O, 1952-ci il fevralın 10-da anadan olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/muasir-sinqapurun-qurucusunun-oglu-olkeni-terk-etmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR