Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi
16:27 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Müğənni Beyons xəstəxanaya yerləşdirilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, əkiz anası olmağa hazılraşan 35 yaşlı ifaçı artıq doğum evinə aparılıb. Reper Cey Zi ilə ailəli olan Beyons və onun komandası üçün xəstəxananın bir mərtəbəsi tamamilə boşaldılıb. Digər hamilə qadınlar başqa korpusa köçürülüb.

Bundan başqa, Los-Ancelesdə yerləşən xəstəxananın mühafizə sistemi gücləndirilib. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl mediada Beyonsun evində doğuş üçün palata hazırlatdığı və bütöv bir tibbi heyətin onun qulluğunda durduğu yazılmışdı. Lakin müğənni sonradan fikrini dəyişərək xəstəxanaya yerləşmək qərarına gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR