Bakıda itkin düşən 16 yaşlı oğlan tapıldı

Bakıda itkin düşən 16 yaşlı oğlan tapıldı
16:36 14 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda 2 gün əvvəl itkin düşən 16 yaşlı oğlan tapılıb. Bu barədə Trend-ə itkin düşən yeniyetmənin qohumları məlumat verib.

Məlumata görə, iyunun 12-də Sabunçu rayonunda yaşadığı evdən çıxaraq Bakıxanov qəsəbəsində təhsil aldığı 12 saylı Peşə Məktəbinə gedən 2001-ci il təvəllüdlü Məhərrəmzadə Dərya İlkin oğlu iyunun 14-də tapılıb. D. Məmmədzadə bu gün günorta saatlarında evlərinə qayıdıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində araşdırma aparılır.

Xatırladaq ki, D.Məmmədzadə iyunun 12-də təhsil aldığı məktəbdə sinif yoldaşları ilə görüşəndən sonra naməlum istiqamətə yollanıb və yoxa çıxıb. Ailə üzvləri hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verərək onun itkin düşdüyünü bildirmişdilər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2766631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR