Azərbaycanda sənaye istehsalı 5,5% azalıb

Azərbaycanda sənaye istehsalı 5,5% azalıb
16:47 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanın sənaye sektorunda 15,7 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az məhsul istehsal edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9% artıb, neft sektorunda isə 7,1% azalıb.
Sənaye məhsulunun 70,2%-i mədənçıxarma sektorunda, 24,4%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,2% azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/senaye-istehsali-illik-5-5-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR