Bakıda itkin düşən 16 yaşlı oğlan tapıldı

Bakıda 2 gün əvvəl itkin düşən 16 yaşlı oğlan tapılıb.

Bu barədə itkin düşən yeniyetmənin qohumları məlumat verib. Məlumata görə, iyunun 12-də Sabunçu rayonunda yaşadığı evdən çıxaraq Bakıxanov qəsəbəsində təhsil aldığı 12 saylı Peşə Məktəbinə gedən 2001-ci il təvəllüdlü Məhərrəmzadə Dərya İlkin oğlu iyunun 14-də tapılıb. D. Məmmədzadə bu gün günorta saatlarında evlərinə qayıdıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində araşdırma aparılır.

Xatırladaq ki, D.Məmmədzadə iyunun 12-də təhsil aldığı məktəbdə sinif yoldaşları ilə görüşəndən sonra naməlum istiqamətə yollanıb və yoxa çıxıb. Ailə üzvləri hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verərək onun itkin düşdüyünü bildirmişdilər. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR