Kyokuşinkaykan Karate növü üzrə XXIV Respublika Çempionatı

Kyokuşinkaykan Karate növü üzrə XXIV Respublika Çempionatı
16:52 14 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə Şərq Əlbəyaxa Döyüş növləri Federasiyaları Şurası və Azərbaycan Respublikası Kyokuşinkaykan Karate ve Ciyutaido Federasiyasının birgə təşkilatçılığı ilə 24-25 iyun 2017-ci il tarixində Şağan Olimpiya İdman kompleksində Azərbaycan Respublikası Kyokuşinkaykan Karate növü üzrə İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə həsr edilmiş XXIV Respublika Çempionatı keçiriləcək.

Çempionatın kecirilməsinin məqsədi və vəzifələri Kyokuşinkaykan Karate döyüş növünün Azərbaycan Respublikası ərazisində daha da geniş tanıdılması və məqsədyönlü inkişaf etdirilməsi, məşqçilərin, hakimlərin və idmançıların ustalıq dərəcəsinin artırılması, Kyokuşinkaykan Karate idman növü üzrə yeniyetmələr (kiçik, orta, böyük) gənclər, kişilər, qızlar və qadınlar arasında yığma komandanın üzvlərinin seçilməsi, Kyokuşinkaykan Karate idman növü üzrə Avropa, Dünya çempionatlarına və birinciklərinə mütəşəkkil hazırlanması, Respublika şəhər, rayon Kyokuşinkaykan Karate nümayəndəliklərinin il ərzində işlərinin yekunundan ibarətdir. Təşkilati komitə - Çempionatın keciriləcəyi yerin normalara uyğun hazırlanmasına, texniki-təhlükəsizlik qaydalarına, hüquqi-əxlaq normalarına riayət edilməsinə cavabdehlik daşıyır. Tibbi-sanitar xidmətinin həyata keçirilməsi Azərbaycan Respublikası Kyokuşinkaykan Karate Federasiyasının tibbi-bərpa sektoruna həvalə edilib. Yarışın qalibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Kyokuşinkaykan Karate Federasiyasının qiymətli hədiyyələri, diplomları və medalları ilə mükafatlandırılacaqlar. Çempionatın təntənəli açılışı 25 iyun 2017-ci il saat 13:00-da Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR