DİQQƏT: "Bakıda içməli su çirkləndirilib"...

“Bu gecə telefonlarınızı söndürün. NASA xəbərdarlıq edir”, yaxud “Bakıda içməli su çirkləndirilib. Su zəhərlidir, qaynadılmadan içməyin” və s. “WhatsApp” vasitəsilə yayılan bu mesajlardan biri yəqin sizin də telefonunuza göndərilib. Sosial medianın geniş auditoriya çıxışından yararlanan bəzi insanlar əhaliyə yalan informasiyalar ötürməklə məşğuldur.

İnsanlarda təşviş, qorxu yaradan bu cür informasiyanın yayılmasına görə qanunda hansısa məsuliyyət nəzərdə tutulurmu?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən vəkil Xəyal Bəşirov bildirir ki, yayılan mesajlar hansısa dövlət qurumunun ziyanına işləmirsə, yaxud kiminsə hüququnu pozmursa, bununla bağlı məsuliyyət nəzərdə tutulmur:

“Əgər şirkətlə bağlı yalan reklam gedirsə, o, xüsusi iddia irəli sürə bilər. Yayılan bu cür mesajlar kiminsə hüququnu pozursa, dövlət təhlükəsizliyi və dövlət əhəmiyyətli məlumatlarları yalanlayırsa, bu halda məsuliyyət yaradır. Eyni zamanda, vurulan maddi və mənəvi ziyanla bağlı məhkəməyə mülki qayda da müraciət etmək mümkündür. Bu, məhkəmə qaydasında araşdırılır. Əgər həqiqətən də əsaslar varsa, bu halda şikayət təmin olunur”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR