Slovakiya çempionu Ramil Şeydayevi "Trabzonspor"dan birdəfəlik alacaq

Slovakiya çempionu Ramil Şeydayevi "Trabzonspor"dan birdəfəlik alacaq
17:12 14 İyun 2017
29 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiyanın "Jilina" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin transfer hüququnu ələ keçirmək istəyilə Türkiyə "Trabzonspor"una müraciət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub.

"Trabzonspor" isə 2 milyon avro istəyib. Lakin Türkiyə təmsilçisi oyunçunun çox da bazarlıq etmədən ən münasib şərtlərlə verilməsini qərara alıb.

Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"a 2016-cı ilin yayında Rusiya "Zenit"indən transfer olunub. Lakin o, qışda "Jilina"ya 1,5 illik icarəyə verilib. Slovakiya təmsilçisinin heyətində 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olan Şeydayev ölkə çempionluğunu da qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR