Ən əcaib ailə: üç kişi bir-birləri ilə evləndi - FOTO

Ən əcaib ailə: üç kişi bir-birləri ilə evləndi - FOTO
17:17 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Bizim ailədə gender problemi yoxdur. Heç evin xanımı da yoxdur. Üçümüz bir-birimizlə evləndik və üç ər kimi yaşayırıq. Gərəkəndə üç "qadın" da oluruq.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Kolumbiyanın Medelyin şəhərinin sakinləri aktyor Viktor Hüqo Prada, fitnes təlimatçısı Xuan Alehandro Rodriges və jurnalist Manuel Xose Bermudes evləniblər.

Onların nikah mərasimi şəhərdəki kilsələrdən birində olub.

Kolumbiyada 2016-cı ilin aprelində qəbul edilmiş qanuna görə, ölkədə eynicinsli şəxslər arasında nikahlar leqallaşdırılıb.

Homoseksuallar V.Prada, X.Rodriges və M.Bermudesin sözlərinə görə, onlar dünyada ilk poliamorist ailə qurublar.

Yəni cinsi mənsubiyyət baxımından kişi olan üç nəfərin bir-biri ilə evlənməsi faktı hələlik heç bir ölkədə qeydə alınmamışdı.

Tanınmış kolumbiyalı vəkil Rinkon Perfettinin dediyinə görə, ölkədə iki ər və bir arvadın, yaxun iki arvad və bir ərin yaşadıqları ailələr unikal hadisə deyil. Lakin üç kişinin bir-birləri ilə evlənməsi faktı indiyədək qeydə alınmamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR