Milli Məclisin deputatları Türkiyəyə gedəcəklər

Milli Məclisin deputatları Türkiyəyə gedəcəklər
17:22 14 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev iyunun 15-də Türkiyənin İsparta şəhərinə səfər edəcəklər.
Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Deputatlar Türkiyə dövləti və Süleyman Dəmirəl adına Universitetin rektorluğu tərəfindən keçirilən sabiq prezident Süleyman Dəmirəlin anım mərasimində iştirak edəcəklər.
Toplantıda görkəmli dövlət xadimi Süleyman Dəmirəlin həyatı və siyasi fəaliyyəti barədə xatirələr səsləndiriləcək, onun ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində rolundan bəhs olunacaq.
Səfər iyunun 18-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclisin-deputatlari-turkiyeye-gedecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR