Diş ağrısından xilas olmağın təbii üsulları

Diş ağrısı zamanı edəcəyimiz ilk iş bu sahə üzrə mütəxəssisə müraciət etməkdir.

Metbuat.az xəbər verir ki, bəzən bu ağrılar elə bir şəraitdə və elə bir zamanda baş verir ki, diş həkiminə müraciət etməyə imkan yaranmır. Bu zaman xalq təbabəti üsulları köməyimizə çatır.

Ağrılar zamanı adaçayı (sürvə) otu dəmləməsi ilə qarqara (2 çay qaşığı ot 250 ml qaynar su ilə 15 dəqiqə ərzində dəmlənir və otaq temperaturuna qədər soyudulur) edə bilərsiniz.

Soğan suyu ilə qarqara edin. Çiy soğan suyu ağrıyan hissədəki bakteriyaları öldürür. Əzilmiş sarımsaq da bakteriyaları təmizləməkdə faydalıdır.

Mixək yağı və ya toxumu ilə dişlərinizi keyləşdirə bilərsiniz. Mixək toxumunu ağrıyan dişinizin üstünə basdırıb saxlayın. Bir müddət sonra ağrının getdiyini hiss edəcəksiniz.

Suyun içərisinə qara istiot ataraq ağzınızı qarqara edin. Bu da effketiv üsuldur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR