Azərbaycanın voleybol klublarının Çelenc Kubokunda rəqibləri müəyyənləşib

Azərbaycanın voleybol klublarının Çelenc Kubokunda rəqibləri müəyyənləşib
17:32 14 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Voleybol üzrə Çelenc Kubokunun püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycanı qadınların mübarizəsində təmsil edəcək "Azərreyl"in bəxtinə Rumıniynın "Stiinta" (Bakau) komandası düşüb.
1/16 final mərhələsində ev və səfər prinsipi ilə keçiriləcək görüşlərdən qalib ayrılan komandası növbəti mərhələdə "Sm Aeş Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. Oyunlar 12 - 14 dekabr və 9 - 11 yanvarda baş tutacaq.
Kişilərdən ibarət "Lokomotiv" isə Kipr "Apoel"inə rəqib olub. İlk oyunlar 21 - 23 noyabrda, cavab görüşləri 28 - 30 noyabrda keçiriləcək. Qalib komanda 1/16 finala yüksələcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycanin-voleybol-klublarinin-celenc-kubokunda-reqibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR