“Rusiya kəşfiyyatı 2000-2016-cı illərdə...” - FTX barədə ŞOK İDDİA

“Rusiya kəşfiyyatı 2000-2016-cı illərdə...” - FTX barədə ŞOK İDDİA
17:38 14 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) müvəffəqiyyət əməliyyatı nəticəsində ABŞ prezidenti oldu.

Publika.az xəbər verir ki, bu haqda “Qordon” saytında dərc olunan məqaləsində Amerika-Rusiya tarixçisi, publisist, qalmaqallı “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının müəllifi Yuri Felştinskiy yazıb.

Onun sözlərinə görə, 2000-2016-cı illərdə Avropada analoji əməliyyatlar keçirilirib.

“Hansısa ölkələrdə bu əməliyyatlar uğursuzluqla nəticələnib. Məsələn, Monteneqroda çevrilişi təşkil etmək mümkün olmadı. Əgər çevriliş uğurlu olsaydı, bu ölkə NATO-ya daxil olmağı bacarmazdı. Marin Le Penin prezident vəzifəsinə seçilməsi ilə bağlı plan da baş tutmadı. Ona görə də iddia etmək yanlışdır ki, Federal Təhlükəsizlik Xidmətində Putinin hesabında yalnız uğurlar və qələbələr var. Bu, belə deyil”, - Felştinskiy qeyd edib.

Jurnalistin sözlərinə görə, ABŞ Senatında yüksək vəzifəli məmurların son ifadələri göstərdi ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib. O həmçinin qeyd edir ki, Rusiyanın ABŞ-da seçkilərə təsirinin səviyyəsini müəyyən etmək mümkün deyil.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR