Türkiyədə dolların məzənnəsi 3,50 lirədən aşağı düşüb

Türkiyədə dolların məzənnəsi 3,50 lirədən aşağı düşüb
17:42 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 3,50 lirə səviyyəsindən aşağı düşüb. 
"Report" xəbər verir ki, bu, ABŞ-da açıqlanan zəif inflyasiya göstəriciləri səbəbindən dolların qlobal valyuta bazarında ucuzlaşması amili ilə balıdır. Belə ki, hazırda dollar/lirə məzənnəsi dünənə nisbətən 0,8% azalaraq 3,4910 TRY/USD səviyyəsində yer alıb. 
"Report"un analitik qrupu dolların məzənnəsinin yay aylarında 3,45-3,65 TRY/USD diapazonunda dalğalanacağını, uzunmüddətli perspektivdə isə məzənnədə artımın davam edəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyede-dollarin-mezennesi-3-50-lireden-asagi-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR