Azərbaycanın ilk universitetində Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR

Azərbaycanın ilk universitetində Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
17:43 14 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.

BDU-dan Publika.az-a verilən məlumata görə, tədbiri açıq elan edən rektor Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin universitetdəki büstü qarşısına əklil qoyub.

Milli Qurtuluş Gününün əhəmiyyətindən danışan rektor Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlamasından, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, müstəqillik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi yeni bir ideologiyanın əsasının qoyulmasından bəhs edib. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmlənməsi və dünyada tanınması istiqamətində tarixi xidmətlərini vurğulayan akademik bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüb.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/202586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR