“Stress çarxı” adı altında insanlar necə aldadılır? - BİLMƏDİYİNİZ HƏQİQƏT

“Stress çarxı” adı altında insanlar necə aldadılır? - BİLMƏDİYİNİZ HƏQİQƏT
17:48 14 İyun 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Bütün zərərli əşyalar kimi, son günlər 7-dən 70-ə spinner hər kəsin marağını cəlb edir. Məşhur satış saytlarında bu “antistress çarxı” adlandırılan oyuncaq satış rekordları qırır.

Publika.az xəbər verir ki, artıq tanınmış televiziya aparıcıları efirə əllərində spinnerlə çıxırlar, “Forbes” jurnalı bu oyuncağı 2017-ci ilin ən faydalı ofis əşyası adlandırdıb. Hətta spinneri imitasiya edən mobil əlavələr də yaradılıb. Deyilənə görə, spinner əsəbləri sakitləşdirir, aerofobiyanı (təyyarəyə minmək qoxusu) aradan götürür.

Əslində isə spinner dediyimiz oyuncaq öz sahibini stressdən azad etmir, əksinə əsəb, qorxu hissini daha da gücləndirir. Fikir dalğınlığı yaradır. Bir sıra saytlarda spinner autizmli xəstələri sakitləşdirən oyuncaq adı ilə satışa qoyulub. Bu isə bir daha sübut edir ki, psixoloji və nevroloji narahatlığı olmayan şəxslər, xüsusən də, uşaqlar spinnerdən uzaq durmalıdırlar.

Odur ki, özünüzü və övladlarınızı stressdən üzaq tutmaq üçün “stress çarxı”ndan uzaq durun.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/202587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR