Aİ nümayəndəliyi: "Azərbaycan və Aİ arasinda yeni sazış üzrə danışıqlar uğurlu olub"

Aİ nümayəndəliyi: "Azərbaycan və Aİ arasinda yeni sazış üzrə danışıqlar uğurlu olub"
18:12 14 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyul. REPORT.AZ/ "İyulun 13-14-də Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə keçirilmiş danışıqlar uğurlu keçib". 
"Report"un məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Danilidis deyib.
Onun sözlərinə görə, tərəflər tez bir zamanda saziş üzrə razılaşmanın əldə olunmasına sadiq qalırlar: "Bəzi məsələlər artıq razılaşdırılıb. Bəzi məsələlər isə razılaşma mərhələsindədir".
D.Danilidis bildirib ki, tərəflər danışıqların növbəti raundunu avqusta kimi keçirməyi planlaşdırırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ai-numayendeliyi-azerbaycan-ve-ai-arasinda-yeni-sazis-uzre-danisiqlar-ugurlu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR