Sərxoşluq edən generallar və Sarkisyanın QUMAR OYUNLARI

Sərxoşluq edən generallar və Sarkisyanın QUMAR OYUNLARI
18:13 14 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusunun rəhbərliyi qumar oynayır və bütün günü sərxoşluq edirlər.

Publika.az
xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Martirosyan deyib.

Onun sözlərinə görə, 10 gün ərzində 14 əsgər ölürsə, bu Müdafiə Nazirliyində oturan generalların heç bir işlə məşğul olmadığını göstərir: “Buna görə də nazirlə birlikdə nazirliyin bütün idarələri istefaya göndərilməlidir. İstisna etmədən hamısını bayıra atmaq lazımdır. Mən Müdafiə Nazirliyində işləyəndə görürdüm ki, oradakı insanlar heç bir iş görmür. Sərxoşluq edir və qumar oynayırlar. Əsgərlər isə öldürülür, ya da intihar edirlər. Bu gün ordu tamamilə siyasiləşib, səlahiyyətli məmurlar ordu ilə məşğul olmaq əvəzinə, siyasətlə məşğul olurlar”.

R.Martirosyan əlavə edib ki, Ermənistan ordusunda hazırkı sistemin əsasını – qumar oynamaqdan tutmuş, siyasiləşməyə qədər – prezident Serj Sarkisyan müdafiə naziri olanda qoyub.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR