Serial çəkilişi zamanı aktyorlar arasında dava düşdü - Türkiyədə - VİDEO - FOTO

Serial çəkilişi zamanı aktyorlar arasında dava düşdü - Türkiyədə - VİDEO - FOTO
18:42 14 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

"Evlat Kokusu" serialının çəkiliş meydançasında yumruq davası olub.

Keçən ayın əvvəli 9-cu seriyadan sonra ekranlara vida edən Hande Soral, Barış Kılıç, Murat Han və Yeşim Salkımın baş rollarda çəkildikləri serialın çəkiliş meydançasında dava düşdüyü məlum olub. 

Murat Hanın "Cevahir" rolunu canlandırdığı serial davam edərkən, qəfil çəkilişlərə vida etməsi hər kəsi çaşbaş salmışdı. O, öz istəyi ilə, qarşılıqlı razılaşaraq serialdan ayrıldığını açıqlasa da, bu ani vidalaşmanın altından dava söz-söhbəti çıxıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, iddiaya görə iki qardaşı canlandıran Barış Kılıç ilə Murat Han arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilincə araya texniki heyət girib.

Baş verən xoşagəlməz olayda Barış Kılıça yumruq atmağa cəhd etdiyi iddia edilən Murat Hanla prodüserin iş birliyi sona çatıb.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Serial çəkilişi zamanı aktyorlar arasında dava düşdü - Türkiyədə

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR