Özünü 14-cü mərtəbədən atmaq istəyənlər xilas edildi - BAKIDA

Özünü 14-cü mərtəbədən atmaq istəyənlər xilas edildi - BAKIDA
18:44 14 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin intihar etmək məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaşlar aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 16:06-da başa çatıb.

 

Qeyd edək ki, intihara cəhd edən şəxslər Sahib Kamal oğlu Qurbanov və Zaur Siyavuş oğlu Əzimovdur. Onların ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi sabiq əməkdaşlarının əməllərindən zərər çəkdiyi bildirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR