Mingəçevirdə məzun "Son zəng" günü boğulmaq təhlükəsi ilə üzləşib

Mingəçevirdə məzun "Son zəng" günü boğulmaq təhlükəsi ilə üzləşib
18:47 14 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 14 iyun. REPORT.AZ/ Mingəçevir şəhər sakini su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşib. 
“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, Mingəçevir şəhərinin Şah İsmayıl Xətai küçəsi 14a, mənzil 20 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Hüseyin Aqil oğlu Abbasəliyev Fövqəladə Hallar Nazirliyin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib. 
Onun bu il Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdən məzun olduğu və təhsil müəssisəsində keçirilən "Son zəng" mərasimindən sonra dostları ilə birlikdə su anbarındakı çimərliyə getdiyi məlum olub.  
Hazırda H.Abbasəliyevin vəziyyətinin sabit olduğu bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-mezun-son-zeng-gunu-bogulmaq-tehlukesi-ile-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR