İlham Əliyev: "İşğala baxmayaraq, Azərbaycan inkişaf edir, güclənir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir"

İlham Əliyev: "İşğala baxmayaraq, Azərbaycan inkişaf edir, güclənir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir"
18:57 14 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

"İşğala baxmayaraq, Azərbaycan inkişaf edir, güclənir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz Qurtuluş Günü ərəfəsindəyik. Qurtuluş günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir. Hamımız təəssüf edirik ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, bir qarış torpağımız belə, işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş şəxslər zəiflik, qorxaqlıq göstərdilər. O ki qaldı AXC-Müsavat cütlüyünün hakimiyyətinə, bu, biabırçı bir dövr idi. Xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən bir gündür. İndi təsəvvür edin, əgər ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində Azərbaycanın başında olsaydı, biz özümüzü böyük bəlalardan qoruya bilərdik. Ancaq bu gün Azərbaycan işğala baxmayaraq, inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir. Biz hərbi sahədə böyük uğurlara nail olmuşuq".

İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha göstərdi:

"Biz bunu bilirdik, Azərbaycan ictimaiyyəti bilirdi, ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR