Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
19:01 14 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda intihara cəhdin qarşısı alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin intihar etmək məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alıb və vətəndaşlar aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat saat 16:06-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2766741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR