Trampa bənzəyən "Sezar" hamını bir-birinə qatdı - FOTOLAR

Trampa bənzəyən "Sezar" hamını bir-birinə qatdı - FOTOLAR
19:03 14 İyun 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda "The Public Theater"da hər il ənənəvi olaraq "Şekspir Parkda" aksiyası keçirilir. Bu il səhnələşdirilən tamaşa isə qalmaqalla yekunlaşıb.

Publika.az xəbər verir ki, məşhur ingilis dramaturqu Uilyam Şekspirin "Yuli Sezar" adlı əsərinin tamaşası üçün seçilən baş rol ifaçısı ABŞ prezidenti Donald Trampa bənzədiyi üçün tamaşa ciddi şəkildə tənqid olunub.

Tənqidlər nəticəsində teatr iki böyük sponsorunu itirib.

Donald Trampa bənzəyən aktyor tamaşada tarixin ən məşhur sui-qəsdlərindən birini, Sezarın öldürülməsi səhnəsini canlandırdığı üçün sağ yönümlü mətbuatın tənqidlərinə məruz qalıb.

Təsadüfə bax ki, tamaşada Sezarın xanımını canlandıran aktrisa isə eynilə Sloveniya mənşəli Melaniya Trampa bənzəyirdi. Onun həm də ingilis dilini Sloveniya ləhcəsi ilə danışması diqqət çəkib.

Donald Trampın oğlu özünün tviter hesabından tamaşaya tənqidi fikirlər yazıb.

Mətbuatda gedən xəbərlərə "The Public Theater" rəhbərliyi tərəfindən heç bir açıqlama verilməyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR