"Instagram"dakı səhifə bir milyon manata satıldı

"Instagram"dakı səhifə bir milyon manata satıldı
19:05 14 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə milyonlarla vətəndaşın aktiv olaraq izlədiyii "Intagram"dakı bir səhifə  iki milyon lirəyə (təxminən bir milyon manata) satılıb.

Milli.Az marja-ya istinadənxəbər verir ki, "Class Medya" adlı şirkət Uğur Poyraz tərəfindən qurulan, Türkiyənin müxtəlif rayonlarındakı dadılmamış ləzzətləri sosial media istifadəçiləri ilə tanış edən "Bugün nereye gitsem" adlı səhifəni satın alıb.

İnstagram hesabı indidən çox insan üçün çörək qapısına çevrilib. Şirkət rəsmiləri Fatih Toptaş və Fuad Turgut sosial medianın günümüzdə əhəmiyyətli bir yeri olduğuna diqqət çəkərək, belə bir sərmayə qoymaq qərarı verdiklərini bildiriblər.

Digər tərəfdən, ləzzətli qida həvəskarlarının izlədiyi səhifə paylaşımlarla Türkiyənin "ləzzət xəritəsini" formalaşdıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR