ADNSU-da “Texnologiya və Dizayn 3D çapında” adlı seminar keçirilib

ADNSU-da “Texnologiya və Dizayn 3D çapında” adlı seminar keçirilib
19:07 14 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə birgə təşkil olunmuş “Texnologiya və Dizayn 3D çapında” adlı seminar keçirilib.
ADNSU-dan "Report"a bildirilib ki, qloballaşan dünyada yeni texnologiyaların sürətli inkişafı və yeni məhsulların yaranması ilə yanaşı, dizayn imkanlarının genişləndirilməsi də özünü göstərməkdədir. 3D çapının, onun imkanlarının və dizayn prosesindəki çətinliklərinin öyrənilməsi məqsədilə təşkil olunan seminarda ADNSU və digər ali məktəblərdən olan 14 nəfər tələbə iştirak edib. Seminarı Almaniyadan olan təlimçi Stefan Şats aparıb.
Qeyd edək ki, seminarda mühəndis proqramları ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri iştirak edib. Seminar iki gün davam edəcək və yekunda iştirakçılara sertifikatlar təqdim olunacaq. 



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adnsu-da-texnologiya-ve-dizayn-3d-capinda-adli-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR