“Maşın" şounun pavilyonuna heç kim buraxılmır

“Maşın" şounun pavilyonuna heç kim buraxılmır
19:17 14 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Maşın Şou"nun ətrafında söz-söhbətlər səngimək bilmir. Bir qədər öncə saytlardan biri iştirakçılardan birinin maşından əlini çəkməsi ilə bağlı xəbər yayıb.

Milli.Az xəbər verir ki, "Maşın şou"nun cavabdeh şəxslərinin teleqraf.com-a verdiyi özəl açıqlamaya görə, bu xəbər yanlışdır və bu dəqiqə pavilyona heç bir jurnalist buraxılmır.

Qeyd edək ki, həmin sayt bu xəbəri yaydıqdan sonra "Maşın"ın əməkdaşları tərəfindən bu informasiyanın yalan-yanlış olduğu, reytinq qazanmaq naminə bu gün ən danışılan mövzu barədə səhv məlumat yazmağın qeyri-peşəkarlıqdan irəli gəldiyi vurğulanıb. Həmin sayt cavab olaraq, iştirakçılardan Elcan Rəsulov və Oksana Rəsulovanın soyadlarının eyni olmasına görə, səhv saldığını bildirib.

"Maşın Şou"nun verdiyi məlumata görə, maşından əlini çəkən var, lakin bu barədə, hələ ki, açıqlama verilmir, qalibin kimliyi yalnız bu gün ATV-nin efirində bəlli olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR