Biləsuvarda 14 yaşlı piyadanı avtomobil vurub

Biləsuvarda 14 yaşlı piyadanı avtomobil vurub
19:37 14 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 14 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub. 
"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Səmədabad kəndi ərazisində baş verib. 
Belə ki, öz avtomobillərindən düşərək yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Zaur Zabil oğlu Məmmədlini "Ford" markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-14-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR