Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yenidən qurulan Cocuq Mərcanlı kəndində olub. Rusiyanın Azərbaycana
silah satması Ermənistanda yeni narazılığa səbəb olub.İyunun 5-də başlanan “Qətər böhranı” gündəmin əsas
mövzularından biri olaraq qalmaqdadır.Suriyanın Haseke
vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı
kəşfiyyatının liderliyi ilə iyunun 10-da toplantı keçirilib.ABŞ Böyük Britaniyada üç tipli 8 strateji bombardmançı
yerləşdirib. ABŞ Konqresin üzvlərinə qarşı silahlı hücum olub.
Londonun qərbində, Latimer Road səmtində dəhşətli yanğın hadisəsi
qeydə alınıb.
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yenidən qurulan Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində görülən işlərlə tanış olub, sakinlərlə
görüşüb.
Prezident İlham Əliyev Cocuq Mərcanlıda - FOTOLAR
“Biz işğal altındakı torpaqlara
qayıdacağıq”. Bunu bu gün Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndində hərbi məktəblərin kursantlarının bir qrupu ilə
görüşdə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, keçən il aprel döyüşləri bunu bir
daha sübut etdi: “Siz də Azərbaycanın torpaqlarının müdafiəsində
dayanacaqsınız. Torpaqlarımızı azad etməyə hazır olmalısınız. Bu
gün Azərbaycan gəncliyi vətənpərvərdir".
Prezident Azərbaycan ordusuna yeni qələbələr arzulayıb.
Ermənistan Naxçıvanla bağlı iddialarını yenidən
gündəmə gətirib. Azərbaycan və Türkiyə ordusunun
Naxçıvanda birgə hərbi təlimlərə başlaması düşmən ölkədə ciddi
narahatlığa səbəb olub.
“Daşnaksütyun” partiyası bunun Bakı və Ankranın Ermənistana
mesajı olduğunu hesab edir. Partiyanın qərargah rəhbəri Kiro
Manoyan İrəvanın Naxçıvanla bağlı iddiaları yenidən gündəmə
gətirməsinin vaxtının çatdığını açıqlayıb.
“İrəvan beynəlxalq müstəvidə Naxçıvanın Ermənistana
birləşdirilməsi məsələsini qaldırmalıdır”, - deyə iddia edib.
Qeyd edək ki, işğalçı Ermənistan Dağlıq Qarabağla yanaşı,
Naxçıvan torpaqlarına da iddia edir.
BMT-nin adi silahlar üzrə registrində 2016-cı ildə
Rusiyanın müxtəlif ölkələrə satdığı silahlar qeyd
olunub. Bu ölkələr arasında Azərbaycan və Ermənistan
da var.
Registrdə göstərilir ki, Rusiya ötən il Azərbaycana böyük
kalibrli artilleriyanın 6 vahidini çatdırıb. Ermənistana isə daşına
bilən zenit-raket kompleksinin 300 vahidi verilib. Rusiyanın
Azərbaycana silah satması Ermənistanda yeni narazılığa səbəb
olub.
Raketlərimiz düşmənin hərbi obyektlərinə TUŞLANDI - Ermənistan ŞOKDA
Ermənistan ordusunun rəhbərliyi qumar oynayır və
bütün günü sərxoşluq edirlər. Bu barədə erməni hüquq
müdafiəçisi Ruben Martirosyan deyib.
Onun sözlərinə görə, 10 gün ərzində 14 əsgər ölürsə, bu Müdafiə
Nazirliyində oturan generalların heç bir işlə məşğul olmadığını
göstərir: “Buna görə də nazirlə birlikdə nazirliyin bütün idarələri
istefaya göndərilməlidir. İstisna etmədən hamısını bayıra atmaq
lazımdır. Mən Müdafiə Nazirliyində işləyəndə görürdüm ki, oradakı
insanlar heç bir iş görmür. Sərxoşluq edir və qumar oynayırlar.
Əsgərlər isə öldürülür, ya da intihar edirlər. Bu gün ordu tamamilə
siyasiləşib, səlahiyyətli məmurlar ordu ilə məşğul olmaq əvəzinə,
siyasətlə məşğul olurlar”.
R.Martirosyan əlavə edib ki, Ermənistan ordusunda hazırkı
sistemin əsasını – qumar oynamaqdan tutmuş, siyasiləşməyə qədər –
prezident Serj Sarkisyan müdafiə naziri olanda qoyub.
PKK terror təşkilatının Türkiyənin İstanbul
şəhərində genişmiqyaslı terror aktları planlaşdırdığı məlum
olub. Bu barədə PKK-ya qarşı həyata keçirilən
əməliyyatda tutularaq həbs olunan 5 terrorçu ilə əlaqədar
hazırlanan iddianamədə deyilir.
İddianaməyə görə, onlar stadionlarda çevik polis güclərinə
qarşı, həmçinin Yavuz Sultan Səlim körpüsündə terror aktları
törətməyə hazırlaşırdı. Terrorçulardan “Kasımpaşa Rəcəb Tayyib
Ərdoğan”, “Şükrü Saraçoğlu” və “Türk Telekom” stadionları ətrafında
xidmət göstərən çevik polislərlə bağlı kəşfiyyat apararkən çəkilən
fotoşəkillər götürülüb.
İyunun 5-də başlanan “Qətər böhranı” gündəmin əsas
mövzularından biri olaraq qalmaqdadır. Bir çoxları isə Qətərlə
əlaqələri kəsən ərəb ölkələri və onları dəstəkləyən ABŞ-ın əsl
hədəfinin İran olduğunu bildirirlər. Və hesab edilir
ki, “Qətər böhranı”nın başlanmasından iki gün sonra - iyunun 7-də
İran parlamenti və İran inqilabının lideri Xomeyninin türbəsinə
edilən hücumlar da əslində hədəfin kim olduğuna dair ipucları
verir. Amma bir çox məqamlar, hədəfin göründüyü və iddia edildiyi
kimi İran olmadığını göstərir.
Türkiyənin “Haber7” saytı əsl hədəfin İran olmadığını 10
başlıqda göstərib.
ABŞ, İsrail və İngiltərənin yazdığı SSENARİ: Hədəf İran deyilmiş - 10 FAKT - FOTOLAR
ABŞ Qətərdəki “Əl-Ədid” aviabazasından rəsmi Dohaya
siyasi təzyiq vasitəsi kimi istifadə etməlidir. Bunu
jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı
səfiri Yusid əl-Otayba söyləyib.
“Aviabaza əlavə təyziq üçün çox yaxşı zəmanətdır. Konqresdə
dinləmələr zamanı ABŞ-dakı rəsmilərdən biri sadəcə çıxışında bu
bazanın yerinin dəyişdirilməsi gərəkdiyini söyləməlidir“, – deyə o
bildirib.
Rusiya prezidenti Vladimir Putindən müsahibə alan
amerikalı rejissor Oliver Stoun “RİA-Novosti” agentliyinin müxbiri
Aleksey Boqdanovskinin suallarını cavablandırıb.
Rejissorun sözlərinə görə, Rusiya lideri anlamağa kömək etdi ki,
Rusiya bütovlükdə dünyadakı vəziyyət haqqında düşünür.
ABŞ prezidenti Donald Trampın tamamilə divara sıxıldığını deyən
Stounun sözlərinə görə, görünür, “dövlət içində dövlət” var.
“Bu, çox təhlükəli vəziyyətdir. Biz Karib böhranını
xatırlayırıq, çox qorxulu idi. Təhlükəni şişirdirlər, sanki Rusiya
dünyanı tutmağa hazırlaşır”, - o deyib.
“Bu bədheybəti yedirtmək üçün...” - Rusiya dünyanı işğal etməyə hazırlaşır?
Donald Tramp Rusiya Federal Təhlükəsizlik Xidmətinin
(FTX) müvəffəqiyyət əməliyyatı nəticəsində ABŞ prezidenti
oldu. Bu haqda “Qordon” saytında dərc olunan
məqaləsində Amerika-Rusiya tarixçisi, publisist, qalmaqallı
“Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının
müəllifi Yuri Felştinskiy yazıb.
Onun sözlərinə görə, 2000-2016-cı illərdə Avropada analoji
əməliyyatlar keçirilirib.
“Hansısa ölkələrdə bu əməliyyatlar uğursuzluqla nəticələnib.
Məsələn, Monteneqroda çevrilişi təşkil etmək mümkün olmadı. Əgər
çevriliş uğurlu olsaydı, bu ölkə NATO-ya daxil olmağı bacarmazdı.
Marin Le Penin prezident vəzifəsinə seçilməsi ilə bağlı plan da baş
tutmadı. Ona görə də iddia etmək yanlışdır ki, Federal
Təhlükəsizlik Xidmətində Putinin hesabında yalnız uğurlar və
qələbələr var. Bu, belə deyil”, - Felştinskiy qeyd edib.
Jurnalistin sözlərinə görə, ABŞ Senatında yüksək vəzifəli
məmurların son ifadələri göstərdi ki, Rusiya ABŞ-dakı seçkilərə
müdaxilə edib. O həmçinin qeyd edir ki, Rusiyanın ABŞ-da seçkilərə
təsirinin səviyyəsini müəyyən etmək mümkün deyil.
Əfqanıstanda müharibədə məğlub oluruq.
Bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə naziri Ceyms Mettis
söyləyib. O, Əfqanıstanla bağlı Pentaqonun yeni strategiyasının
iyulda Konqresə təqdim ediləcəyini bildirib:
“Vəziyyətin ciddiliyini anlayıram və bunun mənim məsuliyyətim
olduğunu da bilirəm. Biz Əfqanıstandakı müharibədə məğlub oluruq.
Bunu ən qısa müddətdə düzəldəcəyik”.
Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ
və Səudiyyə Ərəbistanı kəşfiyyatının lideriliyi ilə iyunun 10-da
toplantı keçirilib. Türkiyənin “Yeni Şəfəq” qəzetinin
xəbərinə görə, toplantıya qatılanlar Suriyanın neft ehtiyatlarının
bölüşdürülməsi ətrafında müzakirələr aparıblar. Suriya neftinin
gələcəyi haqqında ortaq strategiyanın müəyyən edilməsi məqsədi ilə
toplanan heyət ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizinə
sahib Haseke, Rakka və Deyr-ez-Zor bölgələrinin gələcəyi, yeraltı
sərvətlərinin çıxarılması və satışı mövzusunda radikal qərarlar
qəbul ediblər.
Suriyadakı müharibənin kökündə məhz neft-qaz kəmərləri və enerji
ehtiyatları ilə bağlı maraqların dayandığına dair iddialar ilə yeni
deyil. Hələ 2013-cü ildə “El Confidencial” nəşrinə danışan Yaxın
Şərq Beynəlxalq Karneqi Mərkəzinin təmsilçisi Usama Monahid
bildirib ki, Suriya neft-qaz ölkələri arasında əslində, 4-cü yeri
tutur. Belə ki, norveçli mütəxəssislər onun ərazisində dünyanın ən
böyük qaz yatağını kəşf ediblər.
Neftin bölüşdürüldüyü TOPLANTI: Rusiyanın planına SON QOYDULAR
ABŞ Böyük Britaniyada üç tipli 8 strateji
bombardmançı yerləşdirib. “The Times” nəşri qeyd edir
ki, ABŞ bu addımla potensialı haqqında Rusiyaya xatırladıb.
ABŞ tarixdə ilk dəfə Böyük Britaniyada strateji
bombardmançıların bütöv qrupunu yerləşdirib. Bu, Rusiya ilə artan
gərginlik fonunda baş verir. Söhbət iki “B-2” gözəgörünməz
bombardmançı, üç B-52H (“Stratosfer qalası”) və üç B-1 “Lanser”
bombardmançılarından gedir. Strateji bombardmançıların hamısı nüvə
yükünü daşıya bilir.
Gözlənildiyi kimi, strateji bombardmançılar və tanker
təyyarələrin böyük kontingenti yaxın vaxtlarda Baltikya ölkələrdə
keçirilən hərbi təlimlərə qatılacaq,
Nüvə bombardmançıları Rusiya sərhədlərinə gedir: ABŞ-dan Moskvaya ƏZƏLƏ NÜMAYİŞİ
ABŞ Konqresin üzvü Virciniya ştatında beysbol
sahəsində atışmada yaralanıb. Yaralanan Konqres üzvü
Stiv Skaliz Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının
koordinatorudur. Atışmada daha 5 nəfər yaralanıb. Hadisə zamanı
beysbol meydançasında 15 senator olub. İlkin məlumatlara görə,
naməlum şəxs 100-ə yaxın atəş açıb. Atəş avtomatik silahdan
açılıb.
Məlumata görə, Skaliz və onun köməkçiləri beysbol meydançasında
məşq edirlərmiş. Polis silahlı şəxsi saxlayıb.
Londonun qərbində, Latimer Road səmtində dəhşətli
yanğın hadisəsi qeydə alınıb. 27 mərtəbəli binanın
ikinci mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün binanı
əhatə edib.
Rəsmilərin verdiyi məlumata görə, ən az 6 nəfərin həyatını
itirdiyi dəqiqləşib, xəsarət alanların sayı 50-yə çatıb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/202600.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)