Goranboyda mikroavtobus 28 yaşlı atlını vurub

Goranboyda mikroavtobus 28 yaşlı atlını vurub
20:27 14 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy.13 iyun. REPORT.AZ/ Goranboy rayonunda mikroavtobus 28 yaşlı atlını vurub.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında "Stansiya Goran" deyilən ərazidə baş verib. 
Belə ki, Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Qabil oğlu Əhmədov atla yolda hərəkətdə olarkən mikroavtobus tərəfindən vurulub. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun əməliyyat edildiyi və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-mikroavtobus-28-yasli-atlini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR