Konqresmenlər Trampı məhkəməyə verdilər -

ABŞ-da Demokratları təmsil edən 196 Konqres üzvü Donald Trampı məhkəməyə verib.

Metbuat.az bildirir ki, konqresmenlər prezidentin konstitusiyada yer alan və xarici ölkələrdən mənfəət əldə edilməsini qadağan edən maddəni kobud şəkildə pozduğunu iddia edirlər.

Demokratların Konnektikut ştatı üzrə senatoru Riçard Blumental prosesə liderlik edir. Onun sözlərinə görə, ABŞ tarixində heç vaxt bu sayda Konqres üzvü ölkə prezidentinə qarşı məhkəmə iddiası ilə çıxış etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR