Yaponiyalı alimlərdən ŞOK iddia - Marsda qar var

Yaponiyalı alimlərdən ŞOK iddia - Marsda qar var
21:03 14 İyun 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyadan olan bir qrup alim Marsda qar tapdıqlarını iddia ediblər.

Publika.az xəbər verir ki, elm adamları müasir teleskoplar və kosmik zondlar vasitəsilə Marsda qarı xatırladan unikal maddə aşkar ediblər.

Naməlum maddə Qırmızı planetdə atmosfer təzyiqinin müntəzəm olaraq dəyişməsi zamanı yaranır. Təbii ki, bu maddə normal qardan fərqlənir. Onun tərkibi karbonun 4-oksid və xüsusi kristall strukturdan ibarətdir.

Hazırda Marsda temperatur Yerə nisbətən çox aşağıdır. Bu yalnız texnikanın işi üçün deyil, həm də planetin mümkün müstəmləkələşməsinə maneə törədir. Ancaq alimlər ümid edirlər ki, gec-tez bəşəriyyət kosmosu fəth etməyi bacaracaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/202598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR