6 yaşlı qızın yaşaması üçün dərisi soyulur - FOTO

6 yaşlı qızın yaşaması üçün dərisi soyulur - FOTO
21:12 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

İxtiyoz adlı nadir dəri xəstəliyindən əziyyət çəkən qız ölüm-qalım mübarizəsi aparır.

Milli.Az xəbər verir ki, bu xəstəliyə hər 600 min nəfərdən 1-də rast gəlinir. Bu balıqpulcuğu, kseroderma kimi kəskin bərkimə ilə xarakterizə olunan nadir dəri xəstəliyidir.
Əksər hallarda 3 yaşdan sonra müşahidə olunan, yetkinlik dövründə güclənən və ömür boyu davam edən xəstəliyin konkret müalicəsi yoxdur. Xəstəlikdən əziyyət çəkən insanlar sərt və elastikliyi olmayan dəriyə sahib olur. Eyni zamanda, sərt dəri üzərində yaranan yarıqlar dərinin yumşaq toxumasının üzdə olmasına və daim selik axınına səbəb olur.
İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirir. Çox az qismi həyatda qalır ki, onlar da son dərəcə eybəcər üz quruluşuna malik olurlar.
6 yaşlı qız İxtioz xəstəliyinin 4 növündən ən ağır olanı - Lamellyar ixtiozdan əziyyət çəkir. Onun dərisi normal insanlara nisbətən 10 qat daha sürətli soyulur (dəyişir).
Qanaxma və təhlükəli infeksiya riskinin qarşısını almaq üçün ailə hər 2 gündən bir qızın bədəninə xüsusi losyon çəkir.
Bu xəstəlikdən əziyyət çəkən uşaqlar bədənin itirdiyi suyu təmin edə bilmədikləri üçün orqanizmin normal istilik dərəcəsi pozulur, tez-tez ürək getmələr müşahidə olunur.
Ailə uşağı tez-tez ürək getmə səbəbindən 1 saniyə belə olsun tək qoya bilmir. Dərini qorumaq üçün uşağa yalnız 100% pambıq materialdan olan geyimlər alırlar. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR