Malta Prezidenti və Liviya Milli Barışıq Hökumətinin başçısı Prezident İlham Əliyevi təbrik edib

Malta Prezidenti və Liviya Milli Barışıq Hökumətinin başçısı Prezident İlham Əliyevi təbrik edib
21:15 14 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Malta Prezidenti Mari-Luiz Koleyro Preka Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Malta xalqı adından və şəxsən öz adımdan ürəkdən gələn salamlarımı və təbriklərimi böyük məmnuniyyətlə çatdırıram.

Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə davamlı inkişaf arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud olan mükəmməl əlaqələrimiz daha da inkişaf edəcəkdir".

XXX

Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərracdan:

"Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan Hökumətinə və xalqına Liviya Milli Barışıq Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi və arzularımı çatdırmaq mənim üçün çox xoşdur.

Fürsətdən istifadə edərək Sizə cansağlığı və səadət, dost xalqınıza isə tərəqqi və rifah arzu edirəm. Həmçinin xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində Sizinlə işləməyə hazır olduğumu bildirirəm.

Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2766785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR