Bakıda daha bir dairə ləğv edildi - TIXAC OLMAYACAQ - VİDEO

Bakıda daha bir dairə ləğv edildi - TIXAC OLMAYACAQ - VİDEO
22:22 14 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir dairə ləğv edildi.

Milli.Az bildirir ki, Yasamal rayonu ərazisində ''Beşmərtəbə'' dairəsindən sonra, Nəriman Nərimanov heykəli yaxınlığındakı dairə də bağlanıb. ''Sovetski'' ərazisinin yenidən qurulması layihəsi çərçivəsində Nərimanov prospektində təmir işlərindən sonra yolda əvvəlki döngə yığışdırılaraq bir qədər aşağıdan yeni döngə salınıb. Yəni sürücülər Mikayıl Müşfiq küçəsinə getmək üçün təxminən 100 metr aşağıdan yeni salınmış geriyədönmə yerindən dönə bilərlər.

"Azəravtoyol'' ASC-nin layihə idaretmə qrupunun direktor müavini Zakir Paşayevin sözlərinə görə, həmin ərazidə yol zicgi xətləri çəkilib və yol boyu bir neçə yerdə geriyə dönüş nişanları qoyulub. Yaranan vəziyyətdən sürücülər də razıdırlar. Onların sözlərinə görə, dairənin bağlanması pik saatlarda ərazidə yarananan sıxlığın qarşısını alacaq.
İşlərin bu ayın sonuna qədər yekunlaşacağı gözlənilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda daha bir dairə ləğv edildi - tıxac olmayacaq


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR