İmsaka qalxan müsəlmanlar yüzlərlə insanın həyatını xilas etdilər

Xəbər verdiyimiz kimi, İngiltərənin paytaxtı Londonun qərbindəki Latimer Rodda yerləşən 24 mərtəbəli Qrenfell Tauerdə baş verən yanğında 6 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, yanğının nəticələri daha da ağır ola bilərmiş. Belə ki, yanğın yerli vaxtla saat 01:16-da baş verdiyindən, sakinləri çoxu yuxuda olub. Onlar həyəcan siqnalını eşitməkdə çətinlik çəkiblər. Ancaq oruc tutmaq üçün imsaka qalxan qonşu müsəlmanlar sakinləri hadisədən xəbərdar ediblər.

Bina sakinlərdən biri bu barədə "Independent"ə danışıb: "İnsanların binadan çıxarılmasında müsəlmanların böyük rolu oldu. Kömək edənlərin əksəriyyəti müsəlmanlar idilər. Həmçinin yemək və paltar da gətirdilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR