Türkiyənin Ərzurum bölgəsində yerləşən xəstəxanalardan birində dəhşətli hadisə baş verib.
Milli.Az xəbər verir ki, vətəndaşlardan birinin telefonu xəstəxananın tualetində unitaza düşüb. Telefonu çıxartmağa çalışarkən qolu unitazın içərisinə ilişən vətəndaş 2 saata yaxın o vəziyyətdə qalıb.
Qışqıraraq kömək çağıran kişiyə xəstəxana işçiləri tərəfindən yardım edilib. Hadisə yerinə xilasetmə briqadası çağrılıb.
Xəstəxanaya gələn xilasedicilər təxminən 1 saata yaxın unitazı sındırmağa çalışıblar. Nəhayət vətəndaş düşdüyü vəziyyətdən çıxarılıb.
Sosial şəbəkələrə yüklənən həmin görüntüləri təqdim edirik. (publika.az)
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: