ABŞ-da silahlı insident - Ölən və yaralananlar var

ABŞ-da silahlı insident - Ölən və yaralananlar var
22:33 14 İyun 2017
30 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın San-Fransisko şəhərində silahlı insident baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə “United Parcel Service” poçt şirkətinin yaxınlığında qeydə alınıb.
Naməlum şəxs odlu silahdan atəş açaraq bir neçə nəfəri yaralayıb. Yaralılardan ikisinin öldüyü bildirilir. Cinayətkar polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, o, polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR