Niyə kişilər daz olur, qadınlar yox? - MARAQLI FAKTLAR

Niyə kişilər daz olur, qadınlar yox? - MARAQLI FAKTLAR
22:37 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Milli.Az ailem.az-a istinadən maraqlı faktlar silsiləsindən bir neçəsini təqdim edir. Bunları bilirdinizmi?

- Qadının ürəyinin çəkisi 250 qr, kişinin ürəyinin çəkisi 330 qr-dır. Məhz ona görə qadının ürəyi daha tez-tez vurur.
 
- Qadının saçı kişinin saçından düz iki dəfə nazik olur. Amma tüklərin dibi iki dəfə dərində olduğundan dazlaşma qadınlara xarakterik olmur.
 
- Qadının boynu kişidən daha hərəkətlidir. Əgər siz arxadan çağırsanız, qadın sadəcə başını döndərib sizə baxacaq, amma kişi bütün bədəni ilə dönəcək.
 
- Bədəndəki estrogen hormanlarına görə fiziki ağrıları qadınlar kişilərdən 2 dəfə daha yüngül keçirirlər.
 
- Qadınların beynində iki nöqtə danışma və nitqə nəzarət edir. Ona görə qadınlar gün ərzində kişilərdən azı iki dəfə çox danışırlar.
 
- Qadınların əzələlərində elastin olduğu üçün onlar daha rahat "şpaqat" vəziyyətində otura bilirlər.
 
- Doğulan andan qadınlarda qoxu bilmə hissi kişilərə nisbətən dəfələrlə çox olduğu üçün parfümeriyaya meylli olurlar.
 
- Qadınlarda yüksək səs tembrini eşitmək qabiliyyəti kişilərdən iki dəfə çoxdur, bu, uşağa nəzarət üçün analıq hissləri ilə bağlıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR