Naxçıvan Dövlət Statistika Komitəsinin sədri müəyyənləşdi -

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Vaqif Rəsulov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, bundan öncə V. Rəsulov Babək rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR