Cem Yılmazdan alqışalayiq addım

Cem Yılmazdan alqışalayiq addım
22:48 14 İyun 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktyor Cem Yılmaz autizmdən əziyyət çəkən Yunus Yazarın konservatoriyada təhsil almaq arzularını gerçəkləşdirmək üçün müəyyən addımlar atıb.

Publika.az xəbər verir ki, bir neçə gün öncə "Anadolu" agentliyi gecəqonduda yaşayan və bütün fikirini ona bağışlanmış pianoya verən Yunus Yazardan yazı hazırlayıb. Yunus Yazar müsahibəsində məşhur bəstəkar Mozartla eyni musiqi duyumuna malik olduğunu və ən böyük arzusunun konservatoriyada təhsil almaq olduğunu deyib.

Yazı dərc ediləndən sonra Cem Yılmaz tvitterdə "Bu qiymətli qardaşımıza dəstək olmaq istəyirəm. Konservatoriyada oxuması üçün yetkililər dəstək olarlarsa gəncə təqaüd verməyə hazıram", deyə bildirib. (Teleqraf.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR