“Maşın”ın qalibi məlumdur - İslam, yoxsa Elcan?

“Maşın”ın qalibi məlumdur - İslam, yoxsa Elcan?
23:05 14 İyun 2017
368 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova "Maşın" şounu tərk edib. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu məlumatı aparıcı Murad Dadaşov da təsdiqləyib və efirə məhz Oksananı dəvət edib. O, bildirib ki, ayaqları şişdiyi üçün yarışmanı davam edə bilməyib: "Əlimi maşından götürəndən sonra həkim mənə kömək etdi, artıq dayana bilmədim".

Murad Dadaşov əlavə edib ki, oyunun qalibi də artıq məlumdur. Maşının sahibinin adı səhərə yaxın məlum olub. Amma həmin şəxsin aktyor İslam Mehrəliyev, yoxsa onun həmkarı Elcan Rəsulov olduğu açıqlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/554444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR