Səidə və Pərvin barışdı: "Bəzi iştirakçılar mənə deyirdi ki..." - FOTO

Səidə və Pərvin barışdı: "Bəzi iştirakçılar mənə deyirdi ki..." - FOTO
23:37 14 İyun 2017
326 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, "Maşın" şounun final buraxılışı baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişə bir müddət öncə oyunda qalmaqal edən müğənni Səidə Sultan və aktrisa Pərvin Abıyeva üz-üzə gəliblər. 

Aparıcı Murad Dadaşov Səidəni Pərvinin yanında oturdub. Aktrisa qalmaqala qədər ifaçı ilə mehriban olduğunu bildirib:

"Əslində biz Səidə ilə çox mehriban idik. Bəzi iştirakçılar mənə deyirdi ki, ondan ehtiyatlı ol. Amma mən qulaq asmırdım. Ta ki, o ana qədər. O qalmaqalın olmasını da istəməzdik".

Sultan da Abıyevaya qarşı kin saxlamadığını söyləyib:

"Maşın"da bir nəfər var idi ki, hamının qulağını doldururdu. Bizim də aramızda anlaşılmamazlıq oldu. Pərvin də məni düz başa düşmədi. Amma ona qarşı heç bir kinim yoxdur".

Sonda hər iki xanım qucaqlaşaraq barışdığını sübut edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/554448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR