Xudatda maşın dərəyə yuvarlanıb, 5 nəfər xəsarət alıb

Xudatda maşın dərəyə yuvarlanıb, 5 nəfər xəsarət alıb
00:17 15 İyun 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Xudat. 15 iyun. REPORT.AZ/ Xudat-Susay yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report" Şimal bürosu xəbər verir ki, qəza hazırda markası bilinməyən avtomobilin dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.
Hadisə yerinə Xudat Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Nəticədə yaralılar "təcili yardım" maşınları ilə Xudat və Xaçmaz xəstəxanalarına aparılıblar. Yaralılardan biri - Qusar rayonu, 1991-ci il təvəllüdlü Əniqoba kənd sakini Hacıverdiyev Elşən Rövşən oğlu ağır açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ tərəfdən qabırğaların sınığı, boyun fəqərələrinin sınığı diaqnozu ilə Xaçmaz MRX-ya qəbul olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirlir.
Faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xudatda-masin-dereye-yuvarlanib-5-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR