“Qalatasaray”dan iki yeni transfer

“Qalatasaray”dan iki yeni transfer
00:44 15 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

“Qalatasaray” iki transferi birdən həll edib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” çoxdandı gözlənilən keçidini reallaşdırmağı bacarıb.

 

Bu barədə Super Liqanın rəsmi yayım kanalı olan “Bein Sport”da canlı verilişdə açıqlama verilib. Türkiyəli həmkarlarımız “cimbom”un həm Yunus Belhanda, həm də Bafetemi Qomislə razılığa gəldiyini, hər iki oyunçunun klubları ilə də anlaşdıqlarını bildirib.

 

İki futbolçunun da həftə sonuna qədər İstanbula gələcəyi gözlənilir.

 

Armindo Brumanın “Leypziq”ə transferinin rəsmən açıqlanması ilə bu iki futbolçunun keçidini həll edən rəhbərliyin növbəti hədəfi Qael Klişidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR