Salyanda 4 otaqlı ev yanıb

Salyanda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Salyan rayonu, Beştalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 4 otaqlı evin qamışdan ibarət tavanı və yanar konstruksiyaları 57 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR