Meyvezer Makqreqora qarşı -

Uzun müddətdir idmansevərlərin böyük maraqla gözlədiyi döyüşün baş tutacağı tarix məlum olub.

Metbuat.az "Yahoo Sports"a istinadən xəbər verir ki, məğlubedilməz boksçu Floyd Meyvezer və yüngül çəki dərəcəsində UFC çempionu Konor Makqreqor arasındakı döyüş avqustun 26-da keçiriləcək. Meyvezerin yaxın saatlarda sosial media hesabı vasitəsilə məlumatı təsdiqləyəcəyi gözlənilir.

Döyüşün Las-Veqasda baş tutacağı ehtimal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR