Xudatda maşın dərəyə yuvarlandı - 5 nəfər xəsarət aldı

Xudatda maşın dərəyə yuvarlandı - 5 nəfər xəsarət aldı
01:58 15 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Xudat-Susay yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, qəza hazırda markası bilinməyən avtomobilin dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.

Yaralılar "təcili yardım" maşınları ilə Xudat və Xaçmaz xəstəxanalarına aparılıblar. Onlardan biri - Qusar rayonu, 1991-ci il təvəllüdlü Əniqoba kənd sakini Hacıverdiyev Elşən Rövşən oğlu ağır açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ tərəfdən qabırğaların sınığı, boyun fəqərələrinin sınığı diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına qəbul olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR